Türkiyə Super Liqasında XXV turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, liderlər qrupunda qərarlaşan "Qalatasaray” ev matçına çıxıb. Çempionatın son 5 görüşündə qələbə qazanan "Cim-Bom” uğurlu seriyanı davam etdirib.
Fatih Terimin kollektivi elitada qalmağa çalışan "Kasımpaşa”nı minimal hesabla üstələyib - 2:1. Hesabı 9-cu dəqiqədə meydan sahiblərindən Kerem Aktürkoğlu açıb. "Kasımpaşa" 51-ci dəqiqədə İsaak Tyelinin qolu ilə bərabərliyi təmin edib. 89-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Mustafa Məhəmməd "Qalatasaray"a qələbə qazandırıb.
Qeyd edək ki, 24 turdan sonra "Qalatasaray" və "Fənərbağça" 51 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Beşiktaş" 48 xalla 3-cü yerdədi.