PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1 çərçivəsində baş tutan "Anje" ilə oyunda Neymara növbəti qol ötürməsini verib.
Fanat.Az-ın məlumatına görə, bu, Mbappenin braziliyalı ulduza ölkə çempionatlarında verdiyi 8-ci məhsuldar ötürmə olub.
Maraqlıdır ki, 2017-ci ildən Fransa birinciliyində top qovan Neymara heç bir futbolçu Kilian qədər qol pası verməyib.
Fanat.Az