Türkiyə Super Liqasında IV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Qalatasaray" bu gün "Kasımpaşa"nın qonağı olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola ilk yarının son saniyələrində Yusuf Erdoğan imza atıb.
Bi mövsüm Super Liqada ilk məğlubiyyətini alan "Qalatasaray" 7 xalla "Karagümrük"lə turnir cədvəlinin 3-4-cü pillələrinin bölüşür və lider "Alanyaspor"dan 3, "Fənərbağça"dan 1 xal geri qalır. "Kaımpaşa" isə 6 xalla 9-cu yeri tutur.