PSJ-nin sabiq hücumçusu Edinson Kavaninin "Mançester Yunayted"də alacağı məvacib açıqlanıb.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, 33 yaşlı uruqvaylı forvard İngiltərə təmsilçisi ilə 2 illik müqavilə bağlamağa hazırlaşır. Onun Premyer Liqa klubunda 10 milyon avro qazanacağı qeyd edilib.
Mənbə Madrid "Atletoko"su, "Yuventus", "Roma", "Qremio" və "Benfika" kimi klubların Kavani ilə məhz əməkhaqqı məsələsində razılığa gələ bilmədiklərini də vurğulayıb.
Fanat.Az