"Yuventus"un superulduzu Kriştianu Ronaldu tərəfindən zorlandığını deyən amerikalı model Ketrin Mayorqa yalan dedektorundan keçiriləcək.
Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, ABŞ-ın hüquq mühafizə orqanları Ronaldunun ona susmaq üçün 375 min dollar verdiyini söyləyən Ketrinin ittihamlarına bu yolla aydınlıq gətirmək niyyətindədi.
36 yaşlı model yalan dedektorundan üzüağ çıxacağı halda, Las-Veqas məhkəməsi işə yenidən baxacaq. Belədə, Kriştianu da məhkəmə qarşısında cavab verməli olacaq.
Qeyd edək ki, 2017-ci ildə "Spiegel" nəşri Ronaldunun 2010-cu ildə zorlama ittihamlarından yayınmaq, zərərçəkəni susdurmaq üçün ona 375 min dollar ödədiyini yazmışdı. Mənbə həmin hadisənin 2009-cu ilin 12 iyun tarixində baş verdiyini açıqlamışdı. Həmin vaxt "Mançester Yunayted"də çıxış edən portuqaliyalının qardaşı ilə birlikdə Las-Veqasda istirahət etdiyi də ictimaiyyətə çatdırılmışdı.
Fanat.Az