Neymar Braziliya millisinin məşqində zədə alıb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, o, belində ağrı hiss etdiyinə görə məşqi yarımçıq tərk edib.
Ulduz futbolçunun vəziyyətinin nə yerdə olduğuna 1 gün sonra aydınlıq gələcək. Hərçənd PSJ-nin hücumçusu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Boliviya və Peru ilə oyunları buraxa da bilər.
Fanat.Az