"Transfermarkt" portalı 2020-ci ildə transfer qiyməti ucuzlaşmış oyunçuların siyahısını təqdim edib.
Fanat.Az xəbər verir ki, yanvardan bəri daha 60 milyon avro ucuzlaşan "Real"ın hücumçusu Eden Azarın dəyəri 60 milyona düşüb.
İkinci yerdə "Barselona"nın superulduzu Lionel Messi qərarlaşıb. Argentinalı futbolçu 40 milyon avro dəyər itirərək 100 milyon olub. Kataloniya klubunun digər oyunçusu - Antuan Qrizmann "üçlüy"ü qapayır. Onun da transfer qiyməti 40 milyon avro enərək 80 milyon olub.
Sıralamada 4-5-ci yerləri isə "Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinqlə PSJ-nin ulduzu Neymar bölüşür. Hər iki oyunçu 32 milyon avro dəyər itirib.
Fanat.Az