"Qalatasaray"ın ulduz futbolçusu Arda Turan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək nümayiş etdirib.
Fanat.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Azərbaycan bayrağının altında çəkilmiş fotosunu paylaşıb.
O, fotoya "Bir millət, iki dövlət" rəyini yazıb.
Qeyd edək ki, təcrübəli futbolçu Türkiyədə "Qalatasaray"la yanaşı, "Başakşehir"in də formasını geyinib. O, həmçinin İspaniyanın "Atletiko" və "Barselona" komandalarında çıxış edib.
Fanat.Az