Millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, komanda USL çempionatında pley-off mərhələsinin 1/4 final oyununda "Reno” ilə qarşılaşıb.
Əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi penaltilər seriyasında müəyyənləşib və "Finiks Rayzinq” üstün olaraq, yarımfinala yüksəlib – 5:4.
Dadaşov meydana start heyətdə çıxıb və sona qədər mübarizə aparıb. O, 5-ci penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, "Finiks Rayzinq” pley-off mərhələsinin yarımfinalında "El Paso” ilə qarşılaşacaq.