Türkiyə Super Liqasında VI tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sivasspor" "Rizəspor"u qəbul edib. Oyun qonaqlarına 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara Bayano Fabrisio və Loik Remi imza atıb.
Qeyd edək ki, "Rizəspor" 6 turdan sonra 8 xalla 5-ci, "Sivasspor" 7 xalla 14-cü pillədə qərarlaşıb.