"Yuventus"un yarımmüdafiəçisi Sami Xedira özünü İngiltərə Premyer Liqasında yoxlamaq istəyindən və "Tottenhem"in baş məşqçisi Joze Mourinyuya münasibətindən danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Germany" futbolçunun söylədiklərini belə çatdırıb:
"Uşaqlıqda Premyer Liqada oynamağı arzulayırdım. Hazırda karyeramdan razıyam, amma nə isə çatmır. İngiltərə çempionatında top qovmaq istəyi hələ də ruhumu tərk etməyib. Premyer Liqa görüşlərini həmişə izləyirəm. Arzum həyata keçsə, bu, mənim üçün böyük şərəf olacaq. Mourinyu rəhbərliyi altında çıxış etdiyim ən yaxşı çalışdırıcıdır. Niyə? Şəxsi keyfiyyətlərinə görə... O, həmişə ciddi və qətiyyətlidir. Çoxları bu çalışdırıcının müdafiəyəmeyilli futbol oynatdığını deyir. Ancaq Mour qalib və çempiondur. Məni komandasında görmək istəsə, ona "yox" demərəm. Hərçənd dünyada başqa yaxşı baş məşqçilər də var. Elə İngiltərə klublarında da seçilən müəxəssislər çoxdur".
Fanat.Az