"Çelsi"nin baş məşqçisi Frenk Lempard "İnter"in baş məşqçisi Antonio Kontenin arzusunun həyata keçməsinə mane olmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, Milan təmsilçisinin çalışdırıcısı "zadəganlar"ı çalışdırdığı vaxtlarda rəhbərliyi altında oynamış Olivye Jirunu İtaliyaya aparmaq istəsə də, Lempard forvardı buraxmaq fikrindən uzaqdır.
O, "Mirror"a açıqlamasında belə deyib: "Oli bizim üçün çox vacib oyunçudur. Onunla bağlı planlarım var. Ötən mövsüm çox oyuna çıxıb. İndi də oynamağa həvəslidir. Jiru ilə əla münasibətlərimiz var. Özündən soruşa bilərsiz. Fərqli cavab versə, komandadan ayrılmasına şərait yaradaram. Amma "Çelsi"də qalmasını istəyirəm".
Fanat.Az