Niderlandlı yarımmüdafiəçi Royston Drente Şimali Osetiyada keçirdiyi yarım ili yada salıb.
Fanat.Az xəbər verir VP gənc yaşlarında böyük perspektiv vəd etməsinə rəğmən, arzulanan effekti verməyən orta xətt oyunçusunun söylədiklərini belə çatdırıb:
"Alaniya" məni heyətə qatmağı çox arzulayırdı. Beş dəfə mənə məxsus geyim mağazasına gəldilər. Uzun müddət idi oynamırdım. Artıq çəkim var idi. Amma son nəticədə razılaşdım. Vladiqafqaz yadımda uçuq-sökük bir şəhər kimi qalıb. Ora elə bir yer idi ki, çox pulu olan adam belə, özünü bu şəhərdə yaxşı hiss etmirdi. Əsas məhsulları araq sayılırdı. Hətta klubun avtobusunda da həmişə araq olurdu. Söhbət Rusiyadan gedirsə, əlavə şərhə ehtiyac yoxdur".
Qeyd edək ki, 2013-cü ilin fevralında Rusiya təmsilçisi ilə anlaşan Royston 3,5 illik müqaviləyə imza atsa da, yarım il sonra elitadan düşən klubla vidalaşıb. Hazırda 33 yaşlı Drente Niderlandın 2-ci liqasında (səviyyəcə 3-cü) çıxış edən "Kozakken Boyz"da oynayır.
Fanat.Az