"Milan"ın 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç İsveç millisinin bş məşqçisi Yanne Andersonla yığmaya mümkün qayıdışını müzakirə edib.
Fanat.Az xəbər verir ki, Anderson bu barədə İsveç Futbol Federasiyasının saytına danışıb:
"Zlatan yığmada oynamağa hazır olduğunu söylədiyi üçün bu məsələni mümkün qədər tez müzakirə etmək vacib idi. Şadam ki, görüş baş tutdu. Söhbətimiz effektli və məhsuldar alındı. Danışıqları davam etdirməkdə qərarlıyıq".
Xatırladaq ki, İbra 2001-ci ildə ilk dəfə İsveçin əsas millisinə çağırılıb. Milli forma ilə çıxdığı 109 oyunda 61 qol vuran Zlatan 17 məhsuldar ötürmə də verməyə imkan tapıb. 2016-cı ilin 22 iyun tarixində isə Bosniya və Herseqovina əsilli hücumçu üçün vida matçı keçirilib. Həmin görüşdə İsveç rəqibinə 0:1 hesabıyla yenilib.
Fanat.Az