Qalatasaray" Radamel Falkao ilə yollarını ayıra bilər.
Fanat.Az xəbər verir ki, kolumbiyalı ulduzu Devid Bekhemin sahibi olduğu ABŞ-ın "İnter Mayami" klubu heyətinə qatmaq istəyir. Hazırda klublar arasında danrışıqlar gedir. Kluba yaxın mənbələrinə məlumatına görə, keçid yanvar ayında baş tuta bilər.
İddiaya görə, Falkao ilə yollarını ayırıb onun illik 7 milyon avro maaşından xilas olacaq "Qalatasaray" yarı qiymətə Mario Mandzukilə müqavilə bağlamağı planlaşdırır. İstanbul klubu xorvat futbolçunun keçidi üçün transfer haqqı da ödəməyəcək.
Qeyd edək ki, Xorvatiya "Marsoniya", "Zaqreb", "Dinamo", Almaniyanın "Volfsburq", "Bavariya", İspaniyanın "Atletiko", İtaliyanın "Yuventus" və Qətərin "Əl-Duhail" klublarında çıxış edib, Xorvatiya millisində keçirdiyi 89 oyunda 33 qol vurub.
34 yaşlı forvard klub karyerası ərzində Xorvatiya, Almaniya, İspaniya, İtaliya və Qətərdə ümumilikdə 23 kubok qazanıb.