Kiyev "Dinamo"su "Qalatasaray"ın futbolçusu Markaoya elçi düşüb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Mirça Luçeskunun uzun müddətdi skautlara izlətdirdiyi 24 yaşlı stoperin yayda alınmasını istəyir.
"Dinamo"nun mövsümün əvvəlində braziliyalı üçün 9 milyon avroluq təklifi rədd edən "Qalatasaray"a 15 milyon avro təklif edəcəyi deyilir. Markaonu "Dinamo"dan başqa bir neçə Avropa klubunun da istədiyi deyilir.
Qeyd edək ki, ötən ilin qışında Portuqaliyanın "Çaveş" klubundan 4 milyon avroya "Qalatasaray"a transfer olunan Markao bu mövsüm bütün oyunlarda start heyətində yer alıb.