"Ştutqart"ın hücumçusu Silas Uamangituka Almaniya Bundesliqasının 10-cu turunda rəqibi aşağıladığı üçün sarı vərəqə alıb.
Fanat.Az xəbər verir ki, "Verder"lə oyunda komandasının hər iki qolunun müəllifi olan (2:1) Uamangituka epizodların birində rəqib müdafiəçinin səhvindən yararlanaraq topu ələ keçirib və irəliləyərək onu qapı xəttində saxlayıb. Qapıçının üstünə gəlməsini gözləyən və yalnız bundan sonra "mərmi"ni tora göndərən konqolu qonaqların oyunçularının təpkisi ilə qarşılaşıb. Referi isə qarşı tərəfin heysiyyatına toxunan qola görə Silasa "sarı" verib.
Fanat.Az