"Milan"ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 6-cı turu çərçivəsində keçiriləcək "Sparta" ilə oyun ərəfəsində 39 yaşlı Zlatan İbrahimoviçin durumundan danışıb.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, Pioli noyabrın 22-də "Napoli"yə qarşı oyunda (3:1) zədələnən İbra haqda bunları deyib:
"Zlatan özünü yaxşı hiss edir. Bərpa prosesi uğurla gedir. Nəyin necə olacağını dəqiq demək çətindir. Oyuna gəlincə, "Sparta"nı yenmək istəyirik. "Milan" rəqabətədavamlı komandadır. Səviyyəli futbolçularımızın sayı çoxdur. Praqa komandasını məğlubiyyətə uğratmaq üçün bütün gücümüzü ortaya qoyacağıq".
"Sparta" - "Milan" oyunu sabah Praqada keçiriləcək.
Fanat.Az