Türkiyənin "Bursaspor” klubu sabiq kapitanı Pablo Batalyaya heykəl qoyub.
Fanat.Az xəbər verir ki, argentinalı futbolçunun heykəli klubun bazasının girişinə qoyulub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Batalya 2009-2014-cü illər aralığında "Bursaspor”da çıxış edib. Bu illər ərzində yarımmüdafiəçi 210 oyunda iştirak edib və 55 qol vurub. 36 yaşlı futbolçu "Bursaspor”la 2010/11 mövsümündə Super Liqada çempionluq yaşayıb.
Fanat.Az