"Barselona”nın baş məşqçisi Ronald Kuman Lionel Messinin PSJ-yə keçəcəyi haqda iddialara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, holland mütəxəssis belə deyib: "Mən bilmirəm, Poçettinonun PSJ-yə keçəcəyi nə dərəcədə doğrudur. Əgər Messi gələcəyi haqda qərar versə, bu, məşqçidən asılı olmayacaq. Ona münasibətdə həmişə sakit olmuşam. Biz onunla 2 ay sonra danışıq aparacağıq. İndi isə həyəcanlanmağa əsas yoxdur”.
Xatırladaq ki, 33 yaşlı Messinin "Barselona” ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatır.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol