18:58 21.01.2021 787

Rəşad Sadıqov: "Əmin idim ki, Musanın adaptasiya problemi olmayacaq"

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, 39 yaşlı mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Maraqlı və gərgin oyun alındı. İki gündür Bakıda qar yağırdı. Meydanın sürüşkənliyi futbolçulara da təsirsiz ötüşmürdü. Buna baxmayaraq, hər iki komanda həm mübariz, həm də keyfiyyətli oyun göstərdi. "Qəbələ" rəngarəng oyun göstərən komandadır. Bunu öz üzərimizdə hiss etdik. "Qəbələ" ilə keçirdiyimiz ilk dövrədəki oyunu da nəzərə alsaq, rəqibin güclü komanda olduğunu deyə bilərəm. İtkilərimiz var idi. Buna baxmayaraq, yaxşı mübarizə aparmağa, rəqibin səhvindən yararlanmağa çalışdıq. Futbol səhvlər oyunudur, kim istifadə etsə, qalib gəlir. Oyun bərabər səvyyədə getdi. Birinci hissəyə passiv başladıq, "Qəbələ"nin inamlı start götürməsinə on dəqiqəyədək dözdük. Rəqibi analiz etmişdik. Bilirdik ki, bütün rəqiblərə qarşı öz oyunlarını sərgiləyir, futbolu eybəcərləşdirmirlər. Fasilədə müəyyən tapşırıqlarım oldu. Hesab imkan verdi ki, ehtiyatlı oynayaraq, qol imkanları yaradaq”.
 
Sadıqov hakimlərin "Zirə"ni çox sıxdığına dair fikirlərə də münasibət bildirib: "Qətiyyən razı deyiləm. Sadəcə, bəzən belə qərarlar olur və bizim başımıza gəlir deyə, emosional reaksiya verir, məyus oluram”.
 
Baş məşqçi "Qarabağ”dan icarəyə götürdükləri Musa Qurbanlının uğurlu debütünə xüsusu toxunub: "Musa komandamıza yaxşı uyğunlaşdı. Əmin idim ki, adaptasiya problemi olmayacaq. Bu gün meydanada olduğu müddət ərzində yaxşı çıxış etdi, qol vurdu. Hamı kimi Musanın oyunundan da razı qaldım. Digər yeni transferimiz Nemanya Andelkoviçə gəlincə, o mövqeyə yaydan bəri oyunçu axtarırıq. Elə oldu ki, mövsümün əvvəlində iki stopper götürdüm. Çempionatın gedişində cəzalar, cərimələr oldu. Cəlal Hüseynov da özünü göstərir, əsas üzvlərdən birinə çevrilib. Amma rəqabət yaxşıdır, əlimin altında stopperlərin olması müsbət haldır. Bəzən 5 müdafiəçi ilə oynamağı xoşlayıram. Taktiki gedişlərə imkan olacaq. Yeni gələn oyunçu da gənc, perspektivlidir. İnanıram ki, həm öz oyununu inkişaf etdirəcək, həm də komandamıza kömək olacaq”.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X