İngiltərə mediası Kriştianu Ronaldu ilə bağlı yeni xəbər yayıb.
Fanat.Az "Daily Express"ə istinadən xəbər verri ki, "Yuventus" maaşının azaldılmasına razı olmayan portuqaliyalı ulduzla yollarını ayırmaq istəyir. Qəzet iddia edir ki, Turin klubunu tərk edəcək Ronaldu İngiltərəyə dönəcək.
Xəbərdə qeyd olunur ki, "Mançester Yunayted" Paul Poqbanı "Yuventus"a verib, əvəzində Ronaldunu heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Ronaldu 2003-2009-cu illərdə "Mançester Yunayted"də çıxış edib və 2009-cu ildə 94 milyon avroya "Real"a transfer olunub.
Poqba isə 2012ci ildə "Mançester Yunayted"dən "Yuventus"a pulsuz keçib. 2016-ci ildə isə 105 milyon avro qarşılığında İngilətə klubuna qayıdıb.