"Barselona" La Liqada növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu 23-cü turda "Alaves"i qəbul edib. Ronald Kumanın komandası rəqibinə darmadağınla qalib gəlib- 5:1
"Barselona"nın heyətində Lionel Messi və Trinsao dubl edib, Junior Firpo bir qol vurub. "Alaves"in qoluna isə Luis Rioya imza atıb.