David Alaba cari mövsümün sonunda "Bavariya"dan ayrılacaq.
Fanat.Az xəbər verir ki, avstriyalı müdafiəçi bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib. 28 yaşlı cinah oyunçusu artıq qərarını verdiyini deyib:
"Yeni macəra yaşamaq üçün bu addımı atıram. Asan qərar deyil. 13 ildi bu komandanın üzvüyəm. Klub mənə doğmadı. Hələ hara gedəcəyimi bilmirəm. Agentlərim digər klublarla danışırlar".
David Alaba ilə "Real" uzun müddətdi yaxından maraqlanır. Avstriyalı müdafiəçinin "Kral Klubu"na keçəcəyi deyilir.
Qeyd edək ki, David Alaba 2008-ci ildə Vlyana "Austria"sından "Bavariya"ya 150 min avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 55 milyon avro qiymət qoyduğu 28 yaşlı futbolçu cari mövsümdə oynadığı 29 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.