Rusiya təmsilçisi "Rostov"da xanım klub rəsmisi təyinatı müzakirələrə səbəb olub.
Fanat.Az xəbər verir ki, hüquq fakültəsinin məzunu Darina Nikita baş direktor köməkçisi təyin edilib. Luiz Adriano, Yeremenko, Georgi Zikiya, Aleksandr Səmədov kimi futbolçuların vəkili olmuş xanım hüquqşünas "Rostov”un transfer komitəsində də çalışacaq.
Fanatların bir qismi gözəl xanımın görəcəyi işdən çox bədən fiqurasını xüsusi vurğulayıb, bəziləri isə Darina Nikitanın kluba fayda verəcəyinə şübhə ilə yanaşıb.
Qeyd edək ki, hüquq fakültəsini bitiriən Darina Nikitina idman hüququ üzrə ixtisaslaşıb. Bir çox Rusiya klubunu və futbolçunu, Rusiya Futbol İttifaqında, FİFA və CAS-da təmsil edib. Üstəlik, CAS-ın baxdığı 4 məhkəməni qazanmağı bacarıb.