"Səbail”in sabiq futbolçusu Maykl Essyen ölümlə təhdid olunub.
Fanat.Az xəbər verir ki, buna səbəb qanalı ulduzun sosial şəbəkədəki paylaşımıdır. Hazırda Danimarka təmsilçisi "Nordsyelland”da məşqçi kimi fəaliyyət göstərən keçmiş yarımmüdafiəçi ölkəsində homoseksualların hüquqlarını dəstəklədiyini yazıb. Qana prezidentinin həmcinslilərin evliliyinə qadağa qoyduğu bir vaxtda Essyenin statusu ölkədə böyük narazılığa yol açıb.
Azarkeşlər həmin paylaşımın altında onu sərt şəkildə tənqid ediblər. Hətta bəziləri onu iki uşaq atası olduğunu xatırladaraq ölümlə təhdid edib. Bundan sonra Essyen paylaşımını silib.
Essyen 2019-2020-ci illərdə "Səbail”in formasını geyinib.
Fanat.Az