"Yuventus"un ulduzu Kriştianu Ronaldu karyerasını yenidən "Real"da davam etdirə bilər.
Fanat.Az "El Chiringuito TV"nin rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun agenti Jorje Mendeş bu barədə Madrid təmsilçisinin rəhbərliyi ilə müzakirə aparıb. Danışıqların təfərrüatları barədə məlumat açıqlanmır.
Qeyd edək ki, Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdı. Portuqaliyalı oyunçunun maaşı ildə 31 milyon avrodu. Forvard Turin klubuna 2018-ci ilin iyulunda "Real"dan 117 milyon avroya keçib.
Daha əvvəl Ronaldunun Devid Bekhemə məxsus ABŞ-ın "İnter Mayami" klubunda oynaya biləcəyi yazılıb.