"Mançester Yunayted" yay transfer pəncərəsi zamanı hücum xəttini gücləndirmək üçün əsas prioritet seçib.
Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisinin ilk hədəfi "Borussiya"nın (Dortmund) və Norveç millisinin hücumçusu Erlinq Holandı almaqdır. "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer və idman direktoru Con Merto 20 yaşlı oyunçunu "İnter"ə keçən Romelu Lukakunun uzunmüddətli əvəzləyicisi hesab edir.
Nəşr yazıb ki, ancaq futbolçunun yüksək transfer qiyməti bu keçidə problem ola bilər. Holandın Mançester təmsilçisindən həftədə təxminən 400 min avro almaq istədiyi bildirilir.
Qeyd edək ki, Holand 2020-ci ilin yanvarından "Borussiya"da oynayır. O, bu müddət ərzində Dortmund təmsilçisində 48 oyunda 47 qol vurub.
Fanat.Az