"Real"ın baş məşqçisi Zinəddin Zidan "Barselona" ilə oyun ərəfəsində komandanın təcrübəli müdafiəçisi Serxio Ramosun gələcəyi ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, Əlcəzair əsilli fransalı mütəxəssisin söylədiklərini "Marca" belə çatdırıb:
"Zədəlilərlə bağlı problemlərimiz var. Eden Hazar oynaya bilməyəcək. Ancaq heyətimiz genişdir. Zədəliləri layiqincə əvəz edə biləcək futbolçularımız da var".
İspaniya mətbuatında Madrid klubunun müqaviləsinin müddəti bu yay başa çatacaq Ramosla razılığa gəldiyi və tərəflərin yeni anlaşmaya imza atacaqları ilə bağlı informasiyalar yayılıb. Zidan bu məsələ ilə bağlı suala da cavab verib:
"Ramos qalırmı? Ümid edirəm ki, bu Serxionun sonuncu "El Klassiko"su olmayacaq və o, "Real"da qalacaq".
"Real" - "Barselona" oyunu sabah - İspaniya Primyerasının 30-cu turu çərçivəsində keçiriləcək.