Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə"nin rəqibi olacaq "Soçi" "Parimatch Premyer Kuboku" turnirində növbəti matçını keçirib.
Fanat.Az xəbər verir ki, Vladimir Fedotovun komandası Rusiyanın digər Premyer Liqa təmsilçisi "Ximki"ni minimal hesabla məğlub edib - 3:2.
Soçililərin heyətində yeni transfer Rodriqo, Zaika və Artur Yusupov fərqləniblər. Bu turnirdə ilk matçını "Spartak"a qarşı keçirən və 0:4 hesabı ilə uduzan "Soçi" son oyununu iyulun 17-də "Rubin"ə qarşı keçirəcək.
Qeyd edək ki, "Keşlə" "Soçi" ilə ilk oyununu iyulun 22-si səfərdə keçirəcək.
Mirağa