Türk futbolçu qol vurdu, \"Barselona\" darmadağın etdi - VİDEO
İspaniyanın "Barselona" klubu yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi Almaniyanın "Ştutqart" klubu ilə qarşılaşıb.
Oyun Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 21-ci dəqiqədə yeni transfer Mempis Depay açıb. 15 dəqiqə sonra 18 yaşlı Türkiyə əsilli avstriyalı Yusuf Demir fərqlənib. Son nöqtəni 73-cü dəqiqədə Riqui Puiq qoyub.