Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubu Argentina yığmasının hücumçusu, İspaniya "Barselona"sından ayrılan Lionel Messi ilə müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Fransanın "Lance" nəşri məlumat yayıb.
PSJ avqust ayının 10-da keçiriləcək təqdimat mərasimi üçün Eyfel qülləsini icarəyə götürüb.
Qeyd edilib ki, Parisin əsas görməli yeri artıq 2017-ci ildə Neymarın "Barselona"dan Fransa klubuna keçidi zamanı təqdimat üçün istifadə olunub. Məlumata görə, avqustun 10-da PSJ Eyfel qülləsində Lionel Messini təqdim edəcək.
Röya

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol