"Çelsi"nin hücumçusu Timo Verner (Timo Werner) Bundesliqaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb.
Xəbərə görə, 25 yaşlı alman futbolçu "Bayern Münhen"in maraq dairəsindədir.
Almaniya təmsilçisi Verner ilə 2022-ci ilin yanvar ayında müqavilə imzalamağı planlaşdırır.
Qeyd edək ki, "Ştutqart"ın yetirməsi olan forvard 2020-ci ildə "Laypsiq"dən "Çelsi"yə keçib.
Röya