İngiltərə Premyer Liqasının IV turu çərçivəsində "Lids"lə oyunda fərqlənən "Liverpul"un müdafiəçisi Fabinyo (Fabinho) vurduğu qoldan bəhs edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu vurduğu qolu həm mərhum atasına, həm də Braziliyada yaşayan anasına hərs edib.
"Mənim üçün xüsusi bir an idi. Qol vurarkən doğmalarımı düşündüm. Vurduğum qolu mərhum atama və Braziliyada yaşayan anama həsr etdim. Qol vurandan sonra əllərimi göyə qaldırıb tanrıya şükr etdim. Ötən mövsüm komanda yoldaşım Alisson (Alisson Becker) qol vurarkən bunun tanrı tərəfindən vergi olduğunu söyləmişdi. Mən də buna inanıram".
Həmin qolun videotəkrarını təqdim edirik:
Xatırladaq ki, görüş "Liverpul"un 3:0 hesablı qələbəsi ilə başa çatıb. Digər qolları oyunun 15-ci dəqiqəsində Məhəmməd Salah (Mohamed Salah) və ikinci hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Sadio Mane vurub.
Emin Şəmsiyev