Niderland millisinin sabiq hücumçusu Klas Yan-Huntelar (Klaas-Jan Huntelaar) futbolçu karyerasını başa vurmağa hazırlaşır.
Fanat.Az "VI.NL" saytına istinadən xəbər verir ki, 38 yaşlı futbolçu bir neçə gün ərzində bu barədə açıqlama verəcək.
Xatırladaq ki, hazırda klubsuz olan futbolçu ötən mövsüm "Şalke 04" də 9 oyun keçirib və müqaviləsinə xitam verib.
Emin Şəmsiyev