"Barselona" rəhbərliyi dünən klubun idarə heyətinin toplantısında bəyanatla çıxış edib.
Fanat.Az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun prezidenti Joan Laporta 2020/21 mövsümündə komandanın müflis vəziyyətə düşməsi ehtimalının olduğunu deyib.
O, bildirib ki, 2020/2021 mövsümünün sonunda "katalonlar" 481 milyon avro ziyana gediblər. Komandanın hazırki büdcəsinin 765 milyon avro təşkil etdiyi təstiqlənib.
Qeyd edək kİ, oktyabrın 6-da maliyyə problemlərinə cavabdeh olanların müəyyən olunması üçün komanda daxilində yoxlama işləri keçiriləcək.
Emin Şəmsiyev