FİFA DÇ-nin iki ildən bir keçirilməsi üçün klubların, qitə qurumlarının və liqaların təmsilçiləri ilə danışıqlar aparmağa hazırlaşır.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "yeni məsləhətləşmələr dövrü" bazar ertəsi günü başlayacaq və dekabr ayının sonunda bitəcək.
Qeyd edək ki, FİFA-nın təklif etdiyi dəyişikliklərə, hazırda dünya futbolu üzrə qlobal inkişafın direktoru, "Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger (Arsene Wenger) rəhbərlik edir.
Emin Şəmsiyev