Almatı "Kayrat"ının keçmiş baş məşqçisi Aleksey Şpilevski karyerasını Kiprdə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, iyunun 9-da Qazaxıstan klubundan ayrılaraq ikinci bundesliqa təmsilçisi "Erzgebirge"nin sükanı arxasına keçən belaruslu mütəxəssisin Almaniya macərası 7 oyuna sığıb.
Dörd məğlubiyyət və üç heç-heçə ilə yadda qalan klub Şpilevskini istefaya göndərib.
O, artıq özünə yeni iş yeri tapıb. "Kayrat"ın sabiq çalışdırıcısı Kipr "Aris"inin yeni baş məşqçisi olacaq.
Xatırladaq ki, Şpilevski 2019-2021 -ci illərdə "Kayrat"a rəhbərlik edib. Belaruslu mütəxəssisin rəhbərliyi altında Almatı klubu ötən mövsüm ölkə çempionu olub (2020) və 2019 mövsümündə gümüş medal qazanıb.
Mirağa