Nəhayət, "Bursaspor" baş məşqçi təyinatını rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, Namik Ələskərovun çıxış etdiyi Türkiyə birinci liqa təmsilçisi Özcan Bizati ilə razılığa gəlib.
Klub Tvitter səhifəsi vasitəsilə təyinatı elan edib. Bizati ilə 1+1 illik müqavilə imzalanıb.
PRO kateqoruyalı Özcan Bizati 2000-ci ildən məşqçilik edir. O, əsasən köməkçi məşqçi olub. "Ankaragücü", "Gənclərbirliyi", "Manisaspor", "Pendikspor", "Dənizlispor", "Samsunspor", "Trabzonspor", "Boluspor", "Sivasspor", "Bursaspor" və "Kayserispor"da köməkçi məşqçi kimi böyük təcrübəyə malikdir. İdman Elmləri və İdman İdarəçiliyi üzrə magistr dərəcəsinə malikdir. Ötən mövsüm Superliqada baş məşqçi kimi "Gənclərbirliyi"ni 13 oyuna çıxarıb.
Qeyd edək ki, "Bursaspor" bu mövsüm artıq iki baş məşqçini istefaya göndərib.
Mirağa