Çili millisinin və "İnter"in yarımmüdafiəçisi Arturo Vidalın internetdə xoşagəlməz videosu yayılıb.
Fanat.Az "Corriere della Sera" nəşrinə istinadən xəbər verir ki, insanlar sərxoş vəziyyətdə olan futbolçunun avtomobilinə mindiyi anı görüntüyü alıblar.
Avqust ayının 18-i baş verən hadisənin videosunu təqdim edirik:
Xatırladaq ki, Vidal 2020-ci ildən "İnter"də çıxış edir. Bu mövsüm çilili futbolçu A Seriyasında 4 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin Şəmsiyev