İspaniyanın "Marca" nəşri oxucular arasında "Qızıl Topa əsas namizədlərə səsvermə keçirib.
Fanat.Az xəbər verir ki, sorğunun nəticəsinə əsasən "Real Madrid"in hücumçusu Kərim Benzema birinci olub. Fransız futbolçu ümumi səslərin 38%-ni toplayıb. O, PSJ-nin argentinalı ulduzu Lionel Messini 1% qabaqlayıb.
İlk beşliyə həmçinin "Bavariya"nın hücumçusu Robert Levandovski (14%), "Mançester Yunayted"in forvardı Kriştianu Ronaldu (4%) və "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo (3%) daxildir.
Xatırladaq ki, "Qızıl top"un təqdimetmə mərasimi noyabr ayının 29-u Parisdə keçiriləcək.
Emin Şəmsiyev