Braziliyanın "Kruzeyro" klubunun futbolçuları rəhbərliyi boykot ediblər.
Fanat.Az "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, oyunçular maaşları gecikdiyi üçün məşqə çıxmaqdan boyun qaçırıblar.
B Seriyasında çıxış edən klubda vəziyyət kritik həddə çatıb. Borcların müəyyən hissəsi sentyabrda ödənilsə də, durum böyük ölçüdə dəyişməyib. Nəticədə son 6 ayın əməkhaqqısının cüzi hissəsini ala bilən oyunçular aşkar etiraz yolunu seçib.
Qeyd edək ki, "Kruzeyro" hazırda turnir cədvəlinin 11-ci pilləsindədir. Komandanı Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqo çalışdırır.