"Roma"nın baş məşqçisi Joze Mourinyu yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.
Fanat.Az "İL Messangero" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl" 58 yaşlı portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdır.
İngiltərə təmsilçisinin rəhbərliyi komandanın hazırkı baş məşqçisi Stiv Bryusa əvəz axtarır və Mourinyunu onun postuna dəvət etməyi düşünür.
Qeyd edək ki, Jozenin "Roma" ilə cari müqaviləsinin müddəti 2024-cü ilə qədər nəzərdə tutulub.
Xatırladaq ki, "Roma" 7 turdan sonra İtaliya A Seriyasında 15 xalla 4-cü pillədə qərarlaşıb.
Emin Şəmsiyev