İtaliya A Seriyasının 10-cu turunda "Torino"nu qəbul edən "Milan" 1:0 hesablı qələbə qazanaraq xal hesabını 28-ə çatdırıb və turnir cədvəlində zirvəyə yüksəlib.
Fanat.Az xəbər verir ki, Stefano Piolinin yetirmələri çempionatın ilk 10 turunda qazandığı 9 qələbə və 1 heç-heçə sayəsində 1954/1955 mövsümündəki uğurunu təkrarlayıb.
Belə ki, həmin vaxt Bela Quttmannın rəhbərliyi altında mübarizə aparan milanlılar ölkə birinciliyinin ilk 10 turunda eyni nəticəyə imza atmışdı - 9 qələbə, 1 heç-heçə.
Hazırda "qırmızı-qaralar"ın ən yaxın izləyicisi 25 xala malik "Napoli"dirsə, 3-cü pillədə 18 xalla son çempion - "İnter" qərarlaşıb.
Nihat