Ötən gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya millisi doğma meydanda Serbiya yığmasına 1:2 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, komandasının son dəqiqədə uduzmasına hiddətlənən Kriştianu Ronaldu (Cristiano Ronaldo) meydanda baş məşqçi Fernando Santosla mübahisə edib.
Həmin epizod operatorların obyektivlərindən yayınmayıb:
Portekiz'in son dakika golüyle Sırbistan'a kaybettiği maçın ardından çok sinirli olan Cristiano Ronaldo, saha içinde teknik direktör Fernando Santos ile tartıştı 👀pic.twitter.com/PTnY0JWQWl
— GOAL Türkiye (@GoalTurkiye) November 15, 2021
Qeyd edək ki, bu qələbə sayəsində Serbiya millisi Qətərdə keçiriləcək dünya çempionatına birbaşa vəsiqə qazanan 9 klubdan biri olub.
Emin