"Bursaspor"un gənc oyunçusu Taha Altıkardeşin adı "Frayburq"la hallanır. Almaniya komandasının gənc futbolçunu heyətinə qatmaq istədiyi bildirilir.
Fanat.Az Bursa mətbuatına istinadən xəbər verir ki, müqaviləsində “3 milyon avroya sərbəst buraxılacaq” bəndinin yer aldığı müdafiəçi Almaniya klubuna keçmək istəyindədir.
Bu mövsüm "Bursaspor"da kifayət qədər oyun şansı əldə etməyən və son turda "İstanbulspor"la matçın ikinci yarısında meydana daxil olub qırmızı vərəqə alan Tahanı daha əvvəl “Roma”nın yaxından izlədiyi xəbər verilirdi. Bundesliqa klubu isə Azərbaycan millisinin üzvü Namik Ələskərovun 18 yaşlı komanda yoldaşını israrla heyətində görmək istəyir.
2023-cü ildə başa çatacaq müqaviləsini iyulun 31-də 2025-ci ilə qədər uzadan Taha Altıkardeşin müqaviləsində 3 milyonluq bəndi nəzərə alan “Frayburq” həmin məbləği ödəməyə hazırdır.
Mirağa