İspaniya millisinin və "Barselona" klubunun cinah müdafiəçisi Jordi Alba "blauqrana"ya baş məşqçi təyin olunmuş sabiq "Barsa"lı futbolçu Xavier Hernandesin qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər veri ki, 32 yaşlı futbolçu bu barədə klubun rəsmi saytına verdiyi müsahibədə danışıb: “Xavinin bizim baş məşqçimiz olması ən azı mənə əlavə motivasiya verir. Biz onu qürurlandırmaq üçün əlimizdən gələni edəcəyik. Bu, bizim missiyamızdır.
Onun məşqlərdən əvvəl əyləncəli fəaliyyəti bizi birləşdirir. Məşqlərimiz əyləncəli olsada çətin keçir. Biz xoşbəxtik.
Dəyişikliklər oldu, amma mən daha əvvəllər işləyənlərin ləyaqətini aşağılamaq istəmirəm. Məşqçini postundan azad etmək ən asan işdir. Komandada işlər yolunda getməyəndə futbolçuların da günahı olur. Məşqçinin dəyişməsi xoşagəlməz olsa da, Xavi bizə yaraşır.
O, hər kəslə, xüsusən də oynamayanlarla ünsiyyətdə olur. Bu, bütün komanda üçün müsbət məqamdır və bu, özümüzə yenidən inanmağımıza kömək edəcək.
Xavi optimistdir. O, çox pozitiv insandır. Düşünürəm ki, hazırda bizi ruhlandıran odur."
Xatırladaq ki, bir müddət öncə "Barselona"nın maliyyə problemləri yaşaması ucbatında Jordi Alba maaşının 50% kəsilməsinə razılıq vermişdi.
Emin