15:51 26.11.2021 545

Transfer şayiələri: Ukraynalı futbolçu La Liqa klubunun diqqətində

Qış "transfer pəncərəsi" yaxınlaşdıqca futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların yeni planları ilə bağlı maraqlı məlumatlar yayımlamaqdadır.

"Calciomercato" nəşri: "Liverpul" "Ayaks"ın futbolçusu Rayan Qravenberç üçün "Yuventus"la mübarizə aparmağa hazırdır. "Qoca senyora" müqaviləsinin son 18 ayına yaxınlaşan 19 yaşlı futbolçunu əldən buraxmaq niyyətində deyil. "Liverpul" Turin klubunun planlarını alt-üst edərək gələn il futbolçuya təklifi göndərə bilər.

"The Telegraph" nəşri: "Mançester Siti" Rəhim Sterlinqlə müqavilənin uzadılması ilə bağlı danışıqları sürətləndirmək niyyətindədir. 26 yaşlı futbolçu "Barselona" ilə danışıq apardığını və İspaniyaya köçməyə hazır olduğunu etiraf etmişdi. Bununla belə, ingilislər Sterlinqlə bağlı bütün təklifləri rədd etməyə və onunla uzunmüddətli müqavilə imzalamağa hazırdır.

"Calciomercato" nəşri: Joze Mourinyu Cordan Veretunun "Roma" ilə müqaviləsini yeniləməsini istəyir. 28 yaşlı futbolçunun cari müqavilə 2024-cü ildə başa çatacaq. Lakin klub sözləşmənin müddətini daha bir neçə illik uzatmağı planlaşdırır.

Futbol meneceri Mino Rayola: "İndi Erlinq Holandın transferi ilə bağlı konkret heç nə deyə bilmərəm. Transferlərdən danışmaq üçün hələ tezdir. Holland İspaniyanı, xüsusən də burdakı evini sevir. Onun növbəti mövsüm harda oynayacağını müzakirə etmək üçün erkəndir. Yəqin ki, klubunu dəyişsə, yaxşı bir şey olmayacaq”.

David Ornstein & Lauri Whitwell (The Athletic UK): "Mançester Yunayted" Ralf Ranqniklə 2021-22 mövsümünün sonuna qədər klubun müvəqqəti məşqçisi, sonra isə 2 il müddətinə klubda məsləhətçi olması üçün razılığa gəlib. 63 yaşlı mütəxəssis hazırda "Lokomotiv"in (Rusiya) idman direktoru vəzifəsində çalışır. "Qırmızı şeytanlar" Moskva təmsilçisinin razılığını gözləyir. Qarşıdan gələn “Çelsi” ilə matçda Ranqnik komandaya rəhbərlik edə bilməyəcək.

"Mundo Deportivo" nəşri: "Real Madrid"in futbolçusu Xesus Valyexo qış "transfer pəncərəsi" dönəmində böyük ehtimalla klubu tərk edəcək. "Betis", "Qranada" və "Vulverhempton" onun xidmətində maraqlıdır. “Canavarlar” oyunçunu qışda satın alma şərti ilə icarəyə götürmək niyyətindədir.

"Fichajes" nəşri: Mixail Mudrik La Liqa klubunun marağına səbəb ola bilib. 20 yaşlı futbolçu "Sevilya"nın idman direktoru Monçinin rəğbətini qazanıb. İspaniya təmsilçisi gənc oyunçu üçün təklif planı hazırlayır. Ukraynalı futbolçu ölkəsinin ən yaxşı istedadlarından biri hesab olunur. O, “Şaxtyor”un heyətində 15 oyun keçirib.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

18:46

A Seriyası təmsilçisi Kannavaroya tapşırıldı

Facebookdan bizi izləməyi unutmayın.
X