Türkiyə Futbol Federasiyasının İntizam Şurası "Beşiktaş"ın prezidenti Ahmet Nur Cebini üç həftəlik diskvalifikasiya edib.
Fanat.Az xəbər verir ki, buna klub rəhbərinin "Giresunspor"la oyundan sonra media nümayəndələrinə hakimliklə bağlı açıqlamaları səbəb olub.
Başkanımız Ahmet Nur Çebi, 27.11.2021 tarihinde GZT Giresunspor ile oynadığımız maçın ardından yaptığı bu açıklamalardan dolayı 21 gün hak mahrumiyeti ve 25.000 TL para cezası almıştır. pic.twitter.com/qjgpAduk0M
— Beşiktaş JK (@Besiktas) December 2, 2021
"Mətbuata verdiyi açıqlamalarda idman prinsiplərinə yaraşmayan davranış"a görə "Beşiktaş"ın prezidenti 21 gün müddətinə diskvalifikasiya olunub və 25 min lirə (3093 manat) cərimələnib.