Ötən gecə İtaliya A Seriyasının 22-ci turu çərçivəsində "Spetsiya" ilə oyunun uzatma dəqiqəsində buraxdığı qolla məğlub (1:2) olan "Milan" hakim səhvlərinin qurbanı olub.
Fanat.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, matçın baş hakimi Marko Serra matçın son 10 dəqiqəsində oyuna nəzarəti itirərək səhvləri sıraladığı üçün çıxış tunelində göz yaşlarına hakim ola bilməyib.
Qarşılaşmadan sonra Zlatan İbrahimoviç 4 komanda yoldaşını da götürərək hakimlərin paltardəyişmə otağına gedib və Serranı qucaqlayaraq onu sakitləşdirməyə çalışıb. Bildirilir ki, hakim səhvləri üzündən əsəb sarsıntısı keçirib.
Nəşrin məlumatına görə, Serra uzun müddət oynamayacaq. İtaliya Hakimlər Assosiasiyası - AIA, "Milan" klubuna üzrxahlıq mesajı da çatdırıb.
Mirağa